DÇ: Zöhrab Səfərov ukraynalı güləşçiyə məğlub oldu
Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.
QELEBE.AZ xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsnifat mərhələsində ukraynalı Hlib Yevsieyevə 4:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/dch-zohrab-seferov-ukraynali-guleshchiye-meglub-oldu.webp