Əli Cavadlı U-17 dünya çempionatına parlaq qələbə ilə başladı
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimiz təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/eli-cavadli-u-17-dunya-chempionatina-parlaq-qelebe-ile-bashladi.webp