Dünya Çempionatı: Orxan Həbibli qələbə ilə başladı
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
QELEBE.AZ xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Çexiya təmsilçisi Qaspar Sançezlə qarşılaşıb.
Həbibli görüşü inamlı keçirərək rəqibini 8:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Bakıda davam edən U-17 dünya çempionatına avqustun 2-si yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/dunya-chempionati-orxan-hebibli-qelebe-ile-bashladi.webp