Klopp Almaniya millisinin baş məşqçisi oldu – Rəsmi

Klopp Almaniya millisinin baş məşqçisi oldu – Rəsmi

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi təyin olunub.

QELEBE.AZ xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

59 yaşlı mütəxəssis ilə 2030-cu ilin iyul ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Klopp bu gün keçirilən təqdimat mərasimində Almaniya millisinin yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub.

Təcrübəli mütəxəssis bildirib ki, Almaniya millisinə rəhbərlik etmək onun üçün böyük şərəfdir və komandanı yenidən uğurlara daşımaq üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Yurgen Klopp məşqçilik karyerası ərzində "Maynts", Dortmund "Borussiya"sı və "Liverpul"u çalışdırıb.

O, Almaniya millisində Yulian Nagelsmanı əvəz edib və komandanı 2030-cu il dünya çempionatının sonunadək idarə edəcək.