Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın ailəsində ağır itki baş verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisin bacısı Katerina Montella evində baş vermiş bədbəxt hadisədən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Qurum yaydığı başsağlığı mesajında Vinçenzo Montellaya, Montella ailəsinə, yaxınlarına və sevənlərinə dərin hüznlə başsağlığı verib.
Hadisənin təfərrüatları açıqlanmayıb.

https://qelebe.az//uploads/photo/vinchenzo-montellaya-agir-itki-bacisi-vefat-etdi.webp