“Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı
“Beşiktaş”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Midtyulland”la keçirəcəyi oyunlar üçün təqdim etdiyi heyət açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, yeni transfer Leandro Trossard İstanbul klubunun UEFA-ya göndərdiyi siyahıda yer almayıb.
Belçikalı futbolçunun adının heyətə daxil edilməməsinin səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, "Beşiktaş" - "Midtyulland" arasında ilk oyun iyulun 23-də İstanbuldakı Tüpraş stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə iyulun 30-da Danimarkanın Herning şəhərində keçiriləcək.

https://qelebe.az//uploads/photo/beshiktashdan-trossard-qerari-uefa-siyahisina-salinmadi.webp