ÇL: “Sabah” növbəti mərhələdə! - YENİLƏNİB

ÇL: “Sabah” növbəti mərhələdə! - YENİLƏNİB

Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxıb. 

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Uelsin TNS klubu ilə qarşılaşıb.

Matçda hesabı təmsilçimiz açıb. 28-ci dəqiqədə Coy Lens Mikels fərqlənib: 1:0.

İlk hissənin sonlarında "Sabah" fərqi 2 topa çatdırıb. 42-ci dəqiqədə Rəhman Daşdəmirov hesabı 2:0 edib.

89-cu dəqiqədə TNS hesab arasındakı fərqi azaldıb. Lokun qoluyla Uels təmsilçisi hesabı 2:1 edib. 

"Sabah" II turda Şimali Makedoniyanın "Vardar" və Finlandiyanın KuPS klublarının (ilk oyun: 0:2) arasında keçiriləcək oyunun güclüsü ilə qarşılaşacaq.

21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan) 1:2

​​​​​Qol: Mikels, 28, R. Daşdəmirov, 42, Lok, 89

Osvestry, Park Hall Stadionu
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)
İlk oyun: 0:2

TNS: Şeppard, Uilyams, Simeu, Bodenhem, Redmond, Smit, Korness, Farrell, Brobbel, Uilyams, Hyuz

Sabah: Pokatilov, Puxaç, Daşdəmirov, Santos Junior, Zedadka, Lepinjitsa, Raxmonəliyev, Simiç, Maluda, İsayev, Mikels