“Neftçi” növbəti matçını keçirəcək
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, “Neftçi” daha əvvəl “Partizan”a 0:1, “ÇFR Kluj”a isə 1:2 hesabı ilə uduzub.

https://qelebe.az//uploads/photo/neftchi-novbeti-matchini-kechirecek.webp