"Beşiktaş" qapıçısını rəsmən açıqladı - 4 illik müqavilə
Türkiyənin "Beşiktaş" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi Doğan Alemdarın transferini rəsmən açıqlayıb.
22 yaşlı türk qolkiperlə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Doğan Alemdar "Kayserispor"un yetirməsidir. O, 2021-ci ildə Fransanın "Renn" klubuna transfer olunub və son mövsümü icarə əsasında "Trua"da keçirib. Gənc qapıçı Türkiyə millisinin heyətində də debüt edib.

https://qelebe.az//uploads/photo/quotbeshiktashquot-qapichisini-resmen-achiqladi-4-illik-muqavile.webp