DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
DÇ-2026-da daha bir 1/8 final cütü müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, növbəti mərhələdə Argentina Misirə rəqib olub.
Argentina 1/16 finalda Kabo-Verdeni 3:2, Misir isə Avstraliyanı penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt – 1:1) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Argentina - Misir qarşılaşması iyulun 7-də keçiriləcək.
Qalib komanda 1/4 finalda İsveçrə - Kolumbiya/Qana cütünün qalibi ilə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/dch-2026-18-final-cutu-argentina-misir.webp