Atletlərimizdən beynəlxalq turnirdə iki medal - FOTO
Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə XXXV Qosanov Memorialına start verilib.
QELEBE.AZ xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.
İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən İlahə Quliyeva və Cabir Əliyev uğurlu çıxışla yadda qalıb. 400 metr məsafəyə qaçışda yarışan Quliyeva 55.18 saniyə nəticə ilə 2-ci yeri tutub. Uzunluğa tullanma növündə mübarizə aparan Cabir Əliyevin göstəricisi 7.38 metr olub.
Bu nəticə ilə atletimiz beynəlxalq turnirdə 14 iştirakçı arasında 3-cü olaraq bürünc medal qazanıb.

https://qelebe.az//uploads/photo/atletlerimizden-beynelxalq-turnirde-iki-medal-foto.webp