Lempard “Koventri”də qalır - Yeni müqavilə imzalanacaq
“Koventri Siti” baş məşqçisi Frenk Lempardla yeni müqavilə barədə razılığa gəlib.
QELEBE.AZ xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər 3 illik yeni sözləşmə ilə bağlı bütün məsələlərdə razılıq əldə ediblər.
Qeyd edək ki, Lempard 2024-cü ilin noyabrından "Koventri Siti"ni çalışdırır.
Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 46 turdan sonra 95 xalla Çempionşipin qalibi olub və 25 illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına yüksəlib.

https://qelebe.az//uploads/photo/lempard-koventride-qalir-yeni-muqavile-imzalanacaq.webp