Naqelsmann istefa barədə düşünmür - “Qaçacaq insan deyiləm”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Paraqvaya məğlubiyyətdən sonra gələcəyi barədə danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis postundan könüllü ayrılmaq fikrində olmadığını bildirib.
“Mən qaçacaq insan deyiləm. 2028-ci ilə qədər müqaviləm var. Almaniya Futbol Federasiyası getməyimi istəyirsə, bunu mənə deməlidir”, - deyə Naqelsmann bildirib.
Qeyd edək ki, Almaniya DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.

https://qelebe.az//uploads/photo/naqelsmann-istefa-barede-dushunmur-qachacaq-insan-deyilem.webp