“Sabah”dan ayrıldı, I Liqa klubuna transfer olundu
"Şahdağ Qusar" yeni mövsem heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
QELEBE.AZ xəbər verir ki, I Liqa təmsilçisi "Sabah"ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olmuş futbolçu son mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.

https://qelebe.az//uploads/photo/sabahdan-ayrildi-i-liqa-klubuna-transfer-olundu.webp