Vissa Özbəkistanı tək keçdi - 2 qolla matçın ən yaxşısı oldu
DR Konqo millisinin futbolçusu Yoan Vissa fərdi mükafata layiq görülüb.
QELEBE.AZ xəbər verir ki, FIFA onu DÇ-2026-nın K qrupunda Özbəkistanla keçirilən görüşün ən yaxşı oyunçusu seçib.
Vissa DR Konqonun 3:1 hesablı qələbəsində 2 qol vurub. Hücumçu qarşılaşmanı 8,7 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, DR Konqo bu nəticə ilə K qrupunu 3-cü pillədə tamamlayıb və ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksəlib.

https://qelebe.az//uploads/photo/vissa-ozbekistani-tek-kechdi-2-qolla-matchin-en-yaxshisi-oldu.webp