İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
DÇ-2026-nın J qrupunda keçirilən Əlcəzair - Avstriya görüşü 1/16 finala vəsiqə baxımından böyük əhəmiyyət daşıyır.
QELEBE.AZ xəbər verir ki, bu qarşılaşmada komandalardan hər hansı biri qalib gələrsə, məğlub tərəf mübarizəni dayandıracaq, İran isə ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksələcək.
Matç heç-heçə başa çatacağı təqdirdə isə həm Əlcəzair, həm də Avstriya növbəti mərhələyə adlayacaq, İran isə mundialla vidalaşacaq.
Turnirin son 1/16 final vəsiqəsinin taleyini müəyyənləşdirəcək qarşılaşmanın nəticəsi böyük maraqla gözlənilir.

https://qelebe.az//uploads/photo/iran-gozlemededir-taleyi-elcezair-avstriya-matchindan-asilidir.webp