Meksika - Ekvador: DÇ-2026-da daha bir 1/16 final cütü
DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü dəqiqləşib.
QELEBE.AZ xəbər verir ki, pley-offun ilk raundunda Meksika və Ekvador milliləri üz-üzə gələcək. Bu cütlük qrup mərhələsinin yekunlarına əsasən formalaşıb.
Qeyd edək ki, Meksika A qrupunun qalibi olub. Ekvador isə E qrupunu 3-cü pillədə başa vuraraq ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksəlib. Qarşılaşma iyunun 30-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/meksika-ekvador-dch-2026-da-daha-bir-116-final-cutu.webp