Keyn tarix yazdı - Linekeri geridə qoydu
İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti rekorda imza atıb.
QELEBE.AZ xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın Panama ilə oyununda vurduğu qolla dünya çempionatlarında İngiltərə millisinin ən məhsuldar futbolçusu olub.
Beləliklə, Keyn mundiallardakı qol sayını 11-ə çatdıraraq bu göstəricidə əfsanəvi Qari Linekeri (10 qol) geridə qoyub və yeni rekordun sahibi olub.
Qeyd edək ki, Harri Keyn dünya çempionatlarında vurduğu 11 qolu 2018, 2022 və 2026-cı il turnirlərində vurub.

https://qelebe.az//uploads/photo/keyn-tarix-yazdi-linekeri-geride-qoydu.webp