Paraqvayın rəqibi bəlli oldu - Almaniya ilə qarşılaşacaq
DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, Paraqvay pley-offun ilk mərhələsində Almaniya millisi ilə üz-üzə gələcək.
D qrupunu üçüncü pillədə başa vuran Paraqvay ən yaxşı üçüncülər sırasına düşərək son 32-yə yüksəlib. Almaniya isə E qrupunu lider tamamlayıb.
Qeyd edək ki, Almaniya - Paraqvay qarşılaşması iyunun 29-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/paraqvayin-reqibi-belli-oldu-almaniya-ile-qarshilashacaq.webp