Seneqal tarix yazdı - Bunu edən ilk Afrika komandası oldu
Seneqal millisi DÇ-2026-da tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, Afrika təmsilçisi İraq üzərində 5:0 hesablı qələbə sayəsində dünya çempionatları tarixinə düşüb.
Belə ki, Seneqal mundial tarixində bir oyunda 5 qol vuran ilk Afrika millisi olub.
Buna qədər Afrika təmsilçilərinin ən yüksək göstəricisi 4 qol idi. Bu nəticəyə Kamerun (2002-ci ildə Səudiyyə Ərəbistanına qarşı), Əlcəzair (2014-cü ildə Cənubi Koreyaya qarşı) və Mərakeş (2026-cı ildə Haitiyə qarşı) imza atmışdı.
Qeyd edək ki, Seneqal İraqı 5:0 hesabı ilə məğlub edib və I qrupunu 6 xalla 3-cü pillədə başa vurub.

https://qelebe.az//uploads/photo/seneqal-tarix-yazdi-bunu-eden-ilk-afrika-komandasi-oldu.webp