Norveç 1/16 finalda - Liderlik üçün rəqib Fransa
Norveç millisi 2026-cı il dünya çempionatında 1/16 finala vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, I qrupunun II turunda Seneqalla qarşılaşan Skandinaviya təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.
28 ildən sonra Dünya Çempionatında iştirak edən Norveç bu qələbənin ardınca 1/16 final mərhələsində iştirakını təmin edib.
Qeyd edək ki, xallarının sayını 6-ya çatdıran Norveç ilk turda İraqı 4:1 hesabı ilə məğlub etmişdi. Komanda qrup liderliyi üçün son turda Fransa ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/norvech-116-finalda-liderlik-uchun-reqib-fransa.webp