2 qol, 1 məhsuldar ötürmə - Qakpo matçın ən yaxşısı seçildi
DÇ-2026-nın F qrupunda keçirilən Niderland - İsveç matçının ən yaxşı futbolçusu müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, bu ada Niderland millisinin hücumçusu Kodi Qakpo layiq görülüb.
Qakpo qarşılaşmada məhsuldar oyunu ilə diqqət çəkib. O, İsveç yığmasının qapısına 2 qol vurub, həmçinin 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Niderland millisi İsveçi 5:1 hesabı ilə məğlub edib. "Narıncılar" F qrupunda növbəti oyununu iyunun 25-də Tunisə qarşı keçirəcək.

https://qelebe.az//uploads/photo/2-qol-1-mehsuldar-oturme-qakpo-matchin-en-yaxshisi-sechildi.webp