Andrey Lunyov razılıq verdi: RƏSMİ AÇIQLAMA GÖZLƏNİLİR
"Dinamo" qapıçısı Andrey Lunyovla müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.
34 yaşlı qolkiperlə yeni sözləşmə 1 illik nəzərdə tutulub. Müqavilədə müddətin uzadılması ilə bağlı opsiya da yer alıb.
Tərəflər arasında razılıq əldə olunub və klubun yaxın vaxtlarda keçidi rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Lunyov 2024-cü ildən "Dinamo"da çıxış edir. O, daha öncə "Qarabağ"ın da şərəfini qoruyub.

https://qelebe.az//uploads/photo/andrey-lunyov-raziliq-verdi-resmi-achiqlama-gozlenilir.webp