Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLUR - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olacaq.
Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Komandamızın potensial rəqibləri "Şemrok Rovers", TNS, "Larne", "KuPS", "Flora", "Linkoln" və "Riqa" klublarıdır..
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/chempionlar-liqasi-quotsabahquotin-reqibi-belli-olur-yenilenir.webp