Konfrans Liqası: "ZİRƏ"NİN RƏQİBİNİN ADINA AYDINLIQ GƏLİR - YENİLƏNİR

Konfrans Liqası: "ZİRƏ"NİN RƏQİBİNİN ADINA AYDINLIQ GƏLİR - YENİLƏNİR

“Zirə”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsindəki rəqibini püşkatmadan sonra tanıyacaq.

Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səpələnmişlər səbətində yer alan “Zirə”nin bu mərhələdəki potensial rəqibləri “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovaç" (Monteneqro) klublarıdır.

Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.