İsveçdən 88 illik rekord
İsveç millisi DÇ-2026-nın qrup mərhələsinə darmadağınla başlayıb.
Apasport.az xəbər verir ki, F qrupunun I turunda komanda Tunislə qarşılaşıb.
Meksikanın Qvadalupe şəhərindəki “BBVA” stadionunda keçirilən görüş skandinaviyalıların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
İsveç yığması sonuncu dəfə dünya çempionatı matçında 5 qolu 1938-ci ildə vurmuşdu. Beləliklə, komanda mundiallarda 88 ildən sonra bu göstəricini təkrarlayıb.

https://qelebe.az//uploads/photo/isvechden-88-illik-rekord.webp