Premyer Liqa klubunda yeni müqavilə - Kristi ilə 2029-a qədər
“Bornmut” futbolçusu Rayan Kristi ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şotlandiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Kristi 2021-ci ildən “Bornmut”da çıxış edir. O, komandaya “Seltik”dən transfer olunmuşdu.

https://qelebe.az//uploads/photo/premyer-liqa-klubunda-yeni-muqavile-kristi-ile-2029-a-qeder.webp