Pavloviçdən maraqlı etiraf: Kurasao adlı ölkəni tanımırdım
Almaniya millisinin futbolçusu Aleksandar Pavloviç dünya çempionatının püşkü ilə bağlı maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Almaniyanın DÇ-2026-da eyni qrupa düşdüyü Kurasao barədə danışıb.
Pavloviç püşkatma zamanı bu ölkəni tanımadığını etiraf edib:
“Etiraf etməliyəm ki, püşkatma zamanı Kurasaonu tanımırdım. Ancaq bu, onlar üçün həqiqətən möhtəşəm hadisədir və matçı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Almaniya və Kurasao 2026-cı il dünya çempionatında E qrupunda yer alıb.
Bu qrupda həmçinin Kot-d’İvuar və Ekvador milliləri də mübarizə aparır.

https://qelebe.az//uploads/photo/pavlovichden-maraqli-etiraf-kurasao-adli-olkeni-tanimirdim.webp