Kariusdan yeni müqavilə: BUNDESLİQADA OYNAYACAQ
“Şalke” qapıçısı Loris Kariusla müqaviləni uzadıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı qolkiperlə imzalanan yeni sözləşmənin müddəti 2028-ci ilin yayına kimidir.
“Şalke” yeni mövsümdə Almaniya Bundesliqasında mübarizə aparacaq.
Qeyd edək ki, 32 yaşlı qapıçı 2025-ci ilin yanvar ayından "Şalke"də çıxış edir.

https://qelebe.az//uploads/photo/kariusdan-yeni-muqavile-bundesliqada-oynayacaq.webp