“San Antonio”dan finalda ilk qələbə: Vembanyama şou göstərdi

“San Antonio”dan finalda ilk qələbə: Vembanyama şou göstərdi

NBA final seriyasının üçüncü oyununda “San Antonio Spurs” “New York Knicks”i məğlub edib.

QELEBE.AZ xəbər verir ki, “Spurs” gərgin keçən qarşılaşmadan 115:111 hesablı qələbə ilə ayrılıb.

Bu nəticədən sonra San Antonio seriyada ilk qalibiyyətini qazanıb və ümumi hesabı 1:2-yə gətirib.

Görüşün ən məhsuldar oyunçularından biri Viktor Vembanyama olub. Fransalı ulduz 32 xal, 8 ribaund və 6 asistlə komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, seriyanın 4-cü oyunu iyunun 10-da Nyu-Yorkda keçiriləcək.