“Qalatasaray”dan Yakobs qərarı – Müqavilə uzadılır
“Qalatasaray” İsmail Yakobsla bağlı qərarını verib.
QELEBE.AZ xəbər verir ki, İstanbul klubu seneqallı müdafiəçinin müqaviləsindəki +1 illik uzatma bəndindən istifadə edəcək.
“Sarı-qırmızılar” 26 yaşlı futbolçunun sözləşməsini daha bir mövsüm uzatmaq niyyətindədir.
Yakobsun komandadakı çıxışından razı qalan “Qalatasaray” rəhbərliyi onunla yola davam etməyi planlaşdırır.
Qeyd edək ki, İsmail Yakobs 2024-cü ilin yayında “Monako”dan “Qalatasaray”a keçib. O, bu mövsüm Superliqada 25 matçda meydana çıxıb, 2 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/qalatasaraydan-yakobs-qerari-muqavile-uzadilir.webp