"Sabah" kapitanı ilə yollarını ayırdı: SON DƏQİQƏ
"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.
QELEBE.AZ xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.
"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən "Sabah"da oynayırdı.

https://qelebe.az//uploads/photo/quotsabahquot-kapitani-ile-yollarini-ayirdi-son-deqiqe.webp