Danimarka millisinin üzvü karyerasını başa vurdu - ZƏDƏYƏ GÖRƏ

Danimarka millisinin üzvü karyerasını başa vurdu - ZƏDƏYƏ GÖRƏ

Şotlandiyanın “Seltik” klubunun və Danimarka millisinin qapıçısı Kasper Şmeyxel karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə qolkiper rəsmi sosial media hesabında paylaşım edib.

39 yaşlı oyunçu qərarını çiynindəki zədə ilə əlaqələndirib:

“Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim. Onlar elit futbola qayıdacağıma ümid etməməli olduğumu dedilər. Çox düşündüm və hesab edirəm ki, indi karyeramı başa vurmaq üçün ən uyğun zamandır”.

Qeyd edək ki, Kasper Şmeyxel 2015/2016 mövsümündə “Lester”in heyətində İngiltərə çempionu olub. Təcrübəli qapıçı Danimarka millisi ilə AVRO-2020-nin bürünc medalını əldə edib.