“Mingəçevir”in böyük üstünlüyü

“Mingəçevir”in böyük üstünlüyü

I Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.

QELEBE.AZ xəbər verir ki, nəticəsi ləğv olunan “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.

Sonuncu – XXVII turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.

Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.

14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. I Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.

Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” 3-cü olub.

  klub tamaşaçı oyun orta
1 Mingəçevir 11520 14 823
2 Zaqatala 4360 13 335
3 Şəfa 3070 14 219
4 Səbail 2060 14 147
5 MOİK 1240 13 95,4
6 Baku Sportinq 1135 14 81,1
7 Difai 915 13 70,4
8 Şahdağ Qusar 510 13 39,2
9 Cəbrayıl 440 13 33,8
10 Şimal 460 14 32,9
  cəmi 25710 135 190