“Sumqayıt” İliçlə bağlı qərarını verdi - RƏSMİ
“Sumqayıt” baş məşqçisi Saşa İliçlə bağlı qərarını verib.
QELEBE.AZ xəbər verir ki, komanda serbiyalı mütəxəssislə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 48 yaşlı çalışdırıcı ilə yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, “Sumqayıt” Saşa İliçin rəhbərliyi altında keçirdiyi 37 rəsmi matçda 14 qələbə qazanıb, 6 heç-heçə edib və 17 məğlubiyyət alıb.

https://qelebe.az//uploads/photo/sumqayit-ilichle-bagli-qerarini-verdi-resmi.webp