Yığmamızın Türkiyə toplanışı üçün yekun heyəti müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Apasport.az xəbər verir ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək.
“Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
U-21-ə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:
| NR. | AD / SOYAD | KLUB |
| 1 | Sadiq Məmmədzadə | Difai |
| 2 | Səlim Həşimov | Şamaxı |
| 3 | Rəvan Mirzəmmədov | Sabah |
| 4 | Emin Rüstəmov | Karvan-Yevlax |
| 5 | Elgün Dünyamaliyev | Cəbrayıl |
| 6 | Raul Məmmədov | Səbail |
| 7 | Ceyhun Bağırzadə | Qəbələ |
| 8 | Əkbər Eyubov | Mingəçevir |
| 9 | Ayxan Süleymanlı | Sumqayıt |
| 10 | Eşqin Əhmədov | Qəbələ |
| 11 | Qurban Səfərov | Səbail |
| 12 | Tuncay Yusifli | İmişli |
| 13 | Bilal İsmayılov | Şamaxı |
| 14 | Nuğay Rəşidov | Qəbələ |
| 15 | Emil Süleymanov | Şamaxı |
| 16 | Qədir Ramazanov | Qəbələ |
| 17 | Şahin Şahniyarov | Qəbələ |
| 18 | Edqar Ədilxanov | Şamaxı |
| 19 | Elyas Bağci | Hertha (Berlin, Almaniya) |
| 20 | Yusif Mehtiyev | Meşaxte (Gürcüstan) |
| 21 | Nahid Əliyev | Şəfa |
| 22 | Lorenzo Mezzotero | Sampdoriya (İtaliya) |
| 23 | Raul Süleymanov | Hertha (Berlin, Almaniya) |
| 24 | Murad Məmmədov | Neftçi |
| 25 | Nihad Əhmədzadə | Sumqayıt |

https://qelebe.az//uploads/photo/yigmamizin-turkiye-toplanishi-uchun-yekun-heyeti-mueyyenleshib.webp