Azərbaycanın altı boksçusu Gürcüstanda keçirilən beynəlxalq turnirdə rinqə çıxacaq
Azərbaycan boksçuları Gürcüstanın Batumi şəhərində bu gün start götürəcək beynəlxalq turnirdə iştirak edəcəklər.
QELEBE.AZ xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Beş gün davam edəcək yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında rinqə Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov, Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) çıxacaq.
Turnirdə Laçın Baxış ölkəmizi hakim kimi təmsil edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycanin-alti-bokschusu-gurcustanda-kechirilen-beynelxalq-turnirde-rinqe-chixacaq.webp