Türkiyə Superkuboku: Cütlüklər bəlli oldu
Türkiyə Superkubokunda 2025/26 mövsümünün cütlükləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu, Türkiyə Kubokunun final matçından sonra dəqiqləşib.
Həlledici görüşdə “Trabzonspor” “Konyaspor”u 2:1 hesabı ilə məğlub edib.
Yarımfinal mərhələsində “Qalatasaray” “Konyaspor”la, “Fənərbaxça” isə “Trabzonspor”la üz-üzə gələcək.
Qeyd edək ki, Superkubok matçlarının vaxtı yaxın günlərdə dəqiqləşəcək.

https://qelebe.az//uploads/photo/turkiye-superkuboku-cutlukler-belli-oldu.webp