Kurban Berdıyev: “Bu, məsuliyyəti də artırır”
Misli Premyer Liqasının XXXIII turunda "Sabah" "Turan Tovuz"u məğlub edib.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra qərblilərin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Maraqlı oyun oldu. Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.
- Mövsümü necə dəyərləndirirsiz?
- Ümumilikdə uğurlu mövsüm kimi qiymətləndirirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.
- Mövsümün əvvəlində Ehtiram Quliyev bildirmişdi ki, hədəfimiz çempionluqdur. "Turan Tovuz" növbəti mövsümdə çempionluğa oynaya bilər?
- Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdir, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. "Sabah" bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.
- "Turan Tovuz"la avrokuboklarda uğurlu nəticə əldə etmək olar?
- Hər şey heyətin gücləndirilməsindən asılı olacaq. bu da maliyyə imkanları ilə bağlıdır. Əgər heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq.

https://qelebe.az//uploads/photo/kurban-berdiyev-bu-mesuliyyeti-de-artirir.webp