"Neftçi" "Kəpəz"lə matça bir itki ilə çıxacaq

"Neftçi" "Kəpəz"lə matça bir itki ilə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının sonuncu - 33-cü turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığı yekunlaşdırıb.

QELEBE.AZ xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Emil Səfərov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.

Mayın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.