Füzulidə idman infrastrukturu genişlənir - FOTO

Füzulidə idman infrastrukturu genişlənir - FOTO

Füzuli şəhərində Böyük Qayıdış Dövlət Proqramının icrası davam edir. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Füzulidə də həyat tədricən canlanır, meydançalar və idman qurğuları sakinlərlə dolur.

APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhərdə müasir yaşayış binaları ilə yanaşı, təhsil müəssisələri, uşaq bağçaları və yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, idman infrastrukturu da inkişaf etdirilib, yeni idman zalı istifadəyə verilib.

Yeddi aydan artıqdır fəaliyyət göstərən idman zalında gənclər mütəmadi məşqlərə cəlb olunur. Burada yetişən yeniyetmə idmançılar artıq müxtəlif respublika turnirlərində iştirak edərək uğurlu nəticələr qazanmağa başlayıblar.

Birinci Qarabağ müharibəsində ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayan məşqçi Naqif Səlimov APA-nın Qarabağ bürosuna deyib ki, köçkünlük illərində Bakıda çoxsaylı yeniyetmə idmançıların yetişməsində iştirak edib.

Naqif Səlimov doğma yurda qayıdandan sonra Füzulidə məskunlaşan yeniyetmələri idmana cəlb etdiyini, peşəkar idmançı kimi formalaşmalarına çaılışdığını deyib.

Zalda məşq edən yeniyetmə idmançılardan biri Rəşad Hümmətli deyib ki, Füzulidə həm təhsil alması, həm də idmanla məşğul olması üçün yaradılan şəraitdən məmnundur.

O, əsas hədəfinin gələcəkdə böyük idman yarışlarında ölkəni təmsil edərək medallar qazanmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, Füzulidə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində sosial, təhsil və idman infrastrukturu paralel şəkildə inkişaf etdirilir. Bu isə şəhərin mərhələli şəkildə müasir və dayanıqlı yaşayış məkanına çevrilməsinə imkan yaradır.

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək