38 yaşlı futbolçu "Latsio"dan ayrılacaq - RƏSMİ
İspaniya millisinin sabiq futbolçusu Pedro cari mövsümün sonunda "Latsio"dan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Pisa” ilə oyun 38 yaşlı vingerin A Seriyası təmsilçisinin heyətində çıxış edəcəyi son matçı olacaq.
Qeyd edək ki, Pedro 2021-ci ildən "Latsio"da çıxış edir. O, karyrası ərzindı “Barselona”, “Çelsi” və “Roma” klublarında da çıxış edib.

https://qelebe.az//uploads/photo/38-yashli-futbolchu-quotlatsioquotdan-ayrilacaq-resmi.webp