Millimizin iki üzvündən qızıl medal
Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin 2 üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.
Paşa Aslan (44 kq) isə qızıl medal görüşündə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/millimizin-iki-uzvunden-qizil-medal.webp