Karateçimiz Avropa çempionatının finalında

Karateçimiz Avropa çempionatının finalında

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova uğurlu çıxışı ilə finala yüksəlib.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan xanım karateçimiz yarımfinal görüşündə Bosniya və Herseqovina təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Beləliklə, Mədinə Sadıqova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.