Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO
Futbol üzrə ABŞ Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” öz meydanında “Nyu York Siti” ilə üz-üzə gəlib.
Görüş ev sahiblərinin minimalhesablı qələbədi ilə yekunlaşıb - 1:0.
Nəriman oyuna start heyətdə başlayıb və 64-cü dəqiqəyə qədər meydanda olub. O, komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.
Qeyd edək ki, “Kolumbus Kryu” yarımfinal mərhələsində “Orlando” ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/neriman-qol-oturmesi-etdi-komandasi-yarimfinala-yukseldi-video.webp