Sabiq "Fənər"li "Qalatasaray" yolunda: OKAN BURUK ŞƏXSƏN DANIŞIB

Sabiq "Fənər"li "Qalatasaray" yolunda: OKAN BURUK ŞƏXSƏN DANIŞIB

“Fənərbaxça”nın sabiq futbolçusu Vedat Muriç karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, hazırda “Malyorka”da çıxış edən hücumçu ilə “Qalatasaray” maraqlanır.

Bu barədə NTV məlumat yayıb.

Mənbənin iddiasına görə, “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk “Rizəspor”da birlikdə çalışdığı 32 yaşlı forvardla telefon danışığı aparıb. Türkiyəli mütəxəssis Kosovo millisinin üzvünü Mauro İkardinin əvəzedicisi kimi görür.

Qeyd edək ki, Vedat Muriç bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 36 rəsmi matçda 22 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.