“Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO
Sumqayıt şəhərində karate üzrə II ənənəvi kubok yarışı keçirilib.
QELEBE.AZ xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan yarışda “Lions King” klubunun idmançıları uğurlu çıxış ediblər.
2-ci dan qara kəmər ustası Sənan Məhərrəmovun rəhbərlik etdiyi komanda yarışda 2 qızıl və 1 bürünc medal qazanıb.
Əliyev Həmzə (8-9 yaş, 34 kq) və Məhərrəmov Sabir (10-11 yaş, 25 kq) kubokun qalibi olublar. Qəhrəmanlı Ömər isə turniri üçüncü pillədə başa vurub.

https://qelebe.az//uploads/photo/lions-kingden-uch-medal-2-qizil-1-burunc-foto.webp