“Şamaxı”nın futbolçusu əməliyyat olunub

“Şamaxı”nın futbolçusu əməliyyat olunub

"Şamaxı"nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Xatırladaq ki, David Santos "Sabah"a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnmişdi.