“Qarabağ” yeni transferini açıqladı - RƏSMİ
2026/27 mövsümünün transfer çalışmalarına start verən "Qarabağ" ilk futbolçu keçidini gerçəkləşdirib.
QELEBE.AZ xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, Ağdam təmsilçisində 7 nömrəli formanı geyinəcək.
Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.
Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

https://qelebe.az//uploads/photo/qarabag-yeni-transferini-achiqladi-resmi.webp