Titanlar yenidən üz-üzə: MAKQREQOR QAYITDI

Titanlar yenidən üz-üzə: MAKQREQOR QAYITDI

Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.

QELEBE.AZ xəbər verir ki, irlandiyalı döyüşçü 11 iyulda "UFC 329" turnirində Maks Holloveylə qarşılaşacaq.

Döyüş ABŞ-nin Las-Veqas şəhərindəki “T-Mobile Arena”da keçiriləcək. 

Mübarizə hər iki idmançı üçün fərqli çəkidə baş tutacaq. Onlar yarımorta çəkidə üz-üzə gələcəklər.

Bu, tərəflərin UFC-də ikinci döyüşü olacaq. Onların 2013-cü ildə baş tutan qarşılaşmasında Makqreqor qalib gəlib.